Yeni xəbərlər

Xalq Müdafiəçisi Marneuli Məhdud imkanlı olan Şəxslər üçün Günərzi Qayğı Mərkəzinin əməkdaşları və benefisiar ailə üzvləri ilə görüşüb

4 sentyabr 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Marneuliyə gəldi və Xalq Müdafiəçisinin Kvemo Kartli Ofisində Marneuli Sosial Xidmətlər Mərkəzinin “Uşaq, Ailə, Cəmiyyət” əməkdaşları və benefisiar ailə üzvləri ilə görüşdü.

İclasda uşaq bağçasındakı problemlər, o cümlədən rayon mərkəzindən uzaqda yerləşən kəndlərdə xidmət göstərilməsi ilə bağlı problemlər, bunun nəticəsində ixtisaslı kadrların cəlb olunmasına mane olan maliyyə imkanlarının çatışmazlığı müzakirə olunub. Benefisiar nümayəndələr gündüz qayğı mərkəzinin iş vaxtının artırılmasını arzuladıqlarını bildiriblər.

Söhbət zamanı məhdud imkanlı olan şəxslərə qarşı mövcud stereotipik münasibət və stiqma hallarına, ictimaiyyət, o cümlədən məhdud imkanlı olan şəxslərin ailə üzvləri və yaxınları arasında dəstək və maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirilib.

Gürcüstanın Xalq Müdafiəçisi əməhdud imkanlı olan şəxslərə göstərilən xidmətlərə daim nəzarət edir, problemləri müəyyən edir və onların həlli üçün müvafiq dövlət qurumlarına tövsiyələr hazırlayır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)