Gürcüstanın xalq müdafiəçisi Ukrayna vətəndaşı Vadim Altmanın Rusiya Federasiyasına verilməsini yolverilməz hesab edir
3 Avqust 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Gürcüstan Baş Prokuroruna Ukrayna Respublikasının vətəndaşı Vadim Altmanın Rusiya Federasiyasına ekstradisiya edilməməsi təklifi ilə müraciət etdi.
İşin hallarınin araşdırılması Vadim Altmanın Rusiya-Ukrayna silahlı qarşıdurması zamanı Rusiya Federasiyasına qarşı müxtəlif fəaliyyətlərdə olduğunu ortaya çıxardı. Təqdim olunan sənədlərə görə o "Müharibə, Silahlı Qüvvələrin əlilləri və döyüş əməliyyatları iştirakçılarının Ümum Ukrayna Təşkilatının Odessa Regional Təşkilatının" üzvüdür.Ukrayna könüllü qruplarında da iştirak etdi və Ukrayna ordusunun avadanlıqla və təchizatında fəal rol oynadı.
30 yanvar 2020-ci il tarixdə Gürcüstan Baş Prokurorluğu, Rusiya Federasiyası Baş Prokurorluğundan Vadim Altmanı müxtəlif cinayətlərdə (cinayət təşkilatı yaratmaq və narkotik cinayətində) günahlandıraraq, Rusiya Federasiyasına təslim etməsi barədə vəsatət aldı.
Gürcüstanın xalq müdafiəçisi, Rusiya penitensiar sistemində Krımın Rusiya Federasiyası tərəfindən ekstradisiyasına dair pro-ukraynalı bəyanatlar; yayanlara qarşı qəddar rəftara dair çoxsaylı nümunələrin olduğunu vurğuladı. Təklifdə nəzərdən keçirilən Oleq Sentsov və digərlərinin işləri açıq şəkildə göstərir ki, Vadim Altmanın ekstradisiyasında onun işgəncə altına alınacağına və / və ya digər pis rəftarlar dair əsaslı şübhə var, bu isə Gürcüstan Konstitusiyasına və beynəlxalq öhdəliklərə ziddir.
Buna görə, xalq müdafiəçisi hesab edir ki, işin istintaqı çərçivəsində Gürcüstan Baş Prokurorluğu göstərilən halları nəzərə almalı və ekstradisiyaya razılıq üçün məhkəməyə müraciət etməməlidir.
Gürcüstanın xalq müdafiəçisi Gürcüstan Baş Prokurorluğunun qeyd olunan halları nəzərə alacağına və insan hüquqları sahəsindəki mövcud öhdəliklərinə uyğun qərar verəcəyinə ümid edir.