Gürcüstanın xalq müdafiəçisi Pankisi İcma Radiosuna və onun Qurucusuna qarşı Təhdid Bəyanatlarına Cavab Verir
Gürcüstanın xalq müdafiəçisi, Pankisi İcma Radiosuna və onun qurucusuna qarşı Duisi kəndində 29 Avqust və 5 sentyabr 2020-ci il tarixlərində baş tutan mitinqlərə cavab verir.
29 avqustda keçirilən mitinqlə əlaqədar yayımlanan videoda mitinq iştirakçılarının Pankisi İcma Radiosuna və qurucusu jurnalist Qela Mtivlişvilinin ünvanına təhdid dolu ifadələr əksini tapıb. Gözlənilən hücumun qarşısını almaq üçün 5 sentyabrda Pankisi İcma Radiosunun rəhbərliyi jurnalist fəaliyyəti və texniki iş üçün dərədə planlaşdırılan işləri və iş səfərlərini ləğv etdi.
5 sentyabr mitinqinin iştirakçıları Mtivlişvilinin radionu tərk etməsini tələb etdilər. Mitinqdə jurnalistə qarşı güc tətbiqinə qarşı təhdidlər yenidən səsləndirildi.
Xalq müdafiəçisi, Gürcüstan qanunvericiliyinə görə, bir şəxsə qarşı təhdid və zorakılığa təhrik edən ifadələrin sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən çıxdığını açıqlayır; Ancaq mitinqlərdə verilən ifadələrdə jurnalistin peşə fəaliyyətinə maneə törədici əlamətlər var. Buna görə, xalq müdafiəçisi mitinqin təşkilatçılarını və iştirakçılarını qanunun tələblərinə əməl etməyə çağırır.
Xalq müdafiəçisi dərədə gedən proseslərin işıqlandırılmasında medianın mühüm rolunu vurğulayır və Gürcüstanın Daxili İşlər Nazirliyini yuxarıda göstərilən faktlarla bağlı istintaqı vaxtında başlamağa çağırır; Ayrıca Qela Mtivlişvili və digər Pankisi Radio işçiləri üçün jurnalis fəaliyyətinə maneə törətmə risklərini qiymətləndirsin və onlar üçün təhlükəsiz iş mühiti təmin etmək üçün müvafiq tədbirlər alsın.