Gürcüstanın Xalq Müdafiəçisi və onun nümayəndələri məhbusların yerini müəyyənləşdirir
Mayın 1-nə keçən gecədən Xalq Müdafiəçisi və onun nümayəndələri saxlanılanların harada olduğunu müəyyənləşdirirlər.
Hazırda Xalq Müdafiəçisinin nümayəndələri Tbilisinin Diqomi və Avçala təcridxanalarında inzibati qaydada saxlanılan 3 nəfərə baş çəkib. Həmçinin nümayəndələr müxtəlif klinikalarda aksiya iştirakçıları olan məhbuslara baş çəkməyə davam edir.
Gücdən sui-istifadə/şişirtmə barədə məlumat verən bütün şəxslər Xüsusi İstintaq Xidmətinə göndəriləcək.
Nəzərinizə çatdırırıq ki, hüquq pozuntuları ilə bağlı məlumat vermək üçün Xalq Müdafiəçisi Aparatının - 14 81 qaynar xətti 24 saat işləyir.
Xalq Müdafiəçisi Aparatı səfərlər və nəticələr barədə ictimaiyyətə vaxtaşırı məlumat verəcəkdir.