Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisinin 11-ci Regional Ofisi Duşetidə açıldı

21 oktyabr 2025-ci ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Mtsxeta-Mtianeti bölgəsinin Duşeti bələdiyyəsində Aparatın11-ci Regional Ofisini açdı.

Tədbirdə regionda insan hüquqlarının qorunması baxımından mövcud vəziyyət və Xalq Müdafiəçisinin Mtsxeta-Mtianetidə yaşayan əhalinin hüquq və azadlıqlarının qorunması və təşviqi üzrə fəaliyyəti müzakirə edildi.

Açılışda özünüidarəetmə orqanlarının rəhbərləri, yeni seçilmiş merlər, dövlət qurumlarının və yerli ictimai təşkilatların nümayəndələri iştirak etdilər.

Bu mərhələdə Xalq Müdafiəçisi Aparatının regional ofisləri 11 müxtəlif şəhərdə yerləşir. Mtsxeta-Mtianeti ofisi Duşeti, Aqmaşenebeli küçəsi N-19b ünvanında yerləşir və Mtsxeta, Mtianeti, Duşeti, Kazbegi və Axalqori bələdiyyələrini əhatə edəcək. Xalq Müdafiəçisinin ofisdəki nümayəndəsi Cemal Bortsvadze olacaq.

Regional ofislər haqqında məlumatı Xalq Müdafiəçisinin www.ombudsman.ge saytında tapa bilərsiniz.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)