9 May - Faşizm üzərində Qələbə Günüdür
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstan əhalisini faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə təbrik edir, II Dünya Müharibəsində qəhrəmancasına həlak olmuş gürcülərin xatirəsini ehtiramla yad edir, veteranların töhfələrini xüsusilə yüksək qiymətləndirir və ölkəmizin daha yaxşı gələcəyi üçün göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirir.