Məhdud imkanlı olan şəxslərin hüquqları haqqında Konvensiyanın icrasının təşviqi, müdafiəsi və monitorinqi üzrə Məşvərət Şurasının iclası
30 sentyabr 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Xalq Müdafiəçisinin Məhdud imkanlı olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə Məşvərət Şurasının növbəti iclasını keçirdi.
Xalq Müdafiəçisi salamlama nitqi ilə məşvərətçi orqanın yenilənmiş tərkibini təqdim edib və dəvət olunmuş üzvlərin Şuranın fəaliyyətinə cəlb olunmasının vacibliyindən danışıb.
İclasda Şuranın yeni üzvləri Xalq Müdafiəçisi Aparatı ilə fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.
İclasda “ Məhdud imkanlı olan şəxslərin hüquqları haqqında” Konvensiyanın təşviqi, müdafiəsi və icrasının monitorinqi çərçivəsində həyata keçirilən tədbirlər və gələcək planlar təqdim edilib, Şura üzvləri tərəfindən qaldırılan məsələlər müzakirə olunub.
Məşvərət Şurasının işçi iclasını Xalq Müdafiəçisinin müavini İrine Çixladze idarə edib.
Avropa İttifaqının maliyyələşdirdiyi “Gürcüstanın Xalq Müdafiəçisi Aparatına Dəstək” layihəsi çərçivəsində Xalq Müdafiəçisi yanında Məşvərət Şurasının 39-cu iclası keçirilib.