2021-ci ildə Qadın Qətlləri və Qadın Qətllərinə cəhd hallarının Xüsusi Hesabat Təhlili
Hazırkı xüsusi hesabat 2021-ci ildə baş vermiş qadın qətli və qadın qəylə cəhd hallarının təhlil edildiyi qadın cinayətlərinin monitorinqi mexanizmi çərçivəsində Gürcüstanın Xalq Müdafiəçisi Aparatı tərəfindən hazırlanıb.
Gürcüstanın Xalq Müdafiəçisi qadın cinayətlərinin monitorinqi mexanizmi çərçivəsində əvvəlcədən hazırlanmış metodologiyaya əsasən qadınların qətl, qətlə cəhd və intihar hallarını öyrənəcək. Monitorinqin məqsədi qadın öldürmə və qadın öldürməyə cəhd hadisələri ilə bağlı ədalət mühakiməsinin həyata keçirilməsinin gedişatını qiymətləndirmək və dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin nöqsanlarını aşkar etməkdir. Monitorinq prosesində ailə daxili zorakılığı hallarında ədalət mühakiməsinin həyata keçirilməsində zərərçəkmişə köməklik mexanizmləri də dəyərləndirilib.
Hesabat dövründə Gürcüstanın Baş Prokurorluğunun qadınların həyatına qarşı törədilmiş cinayətləri gender əlamətinə görə fəal şəkildə kvalifikasiya etməsi müsbət haldır. Bununla belə, hesabat dövründə cinayət faktının bu meyar əsasında kvalifikasiya olunmasa da, cinayət faktının gender əlaməti ilə törədilməsi halları hələ də mövcuddur.
Hesabat dövründə gender əsaslı cinayətlərə görə məhkumların sayının artması da müsbət haldır. Bununla belə, məhkəmənin riskləri əldən verməsi və qabaqlayıcı tədbir kimi girov müqabilində cinayətkar tərəfindən qadın öldürməyə cəhd kimi daha ağır cinayət törətməsi hələ də acınacaqlı bir təcrübədir.
Ümid edirik ki, təqdim olunan nəticələr və tövsiyələr qadın qətlinə qarşı dövlət siyasətinin planlaşdırılması və həyata keçirilməsi prosesində nəzərə alınacaqdır.
Xüsusi hesabat Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının “Birləşmiş Millətlər Təşkilatının Gender Bərabərliyi üzrə Birgə Proqramı” layihəsi çərçivəsində hazırlanıb.