İşğal olunmuş qüvvələr tərəfindən Gürcüstan vətəndaşının həyatının guya pozulması ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Təəssüflər olsun ki, bu gün dünyada Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Gününün qeyd olunduğu bir vaxtda bir daha Gürcüstan vətəndaşının həyatının guya işğalçı qüvvələr tərəfindən pozulduğu barədə məlumat yayılıb. O cümlədən, işğal altında olan Qali rayonunda Gürcüstan vətəndaşı Temur Kərbayanın qondarma işğal rejiminin milisləri tərəfindən şifahi təhqir və döyüldüyü, nəticədə Gürcüstan vətəndaşının xəstəxanaya çatdırıldıqdan dərhal sonra dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Gürcüstan vətəndaşının yaşamaq hüququnun iddia edilən pozulmasına görə Rusiya Federasiyası məsuliyyət daşıyır, çünki işğal olunmuş əraziyə nəzarəti məhz sonuncu həyata keçirir.
Xalq Müdafiəçisi Gürcüstan hakimiyyətini, eləcə də bütün beynəlxalq insan hüquqlarının müdafiəsi və monitorinq təşkilatlarını yuxarıda qeyd olunan faktın səmərəli araşdırılması, günahkarların cəzalandırılması və Rusiya Federasiyası tərəfinin məsuliyyətə cəlb edilməsi üçün maksimum səy göstərməyə çağırır.
Təəssüf ki, işğal rejimi dörd Gürcüstan vətəndaşının - Davit Başarui, Qiqa Oxtozoriya, Arçil Tatunaşvili və İrakli Kvaratsxeliyanın qətlinə görə məsuliyyət daşıyan şəxsləri cəzasız qoyur. Bir ay əvvəl Kərbəli kəndi yaxınlığında işğal olunmuş ərazidə Gürcüstan vətəndaşının qətlə yetirilməsi hələ də araşdırılmayıb. Bütün bunların fonunda, yaşamaq hüququnun iddia edilən pozuntularının qarşısının alınması üçün beynəlxalq təşkilatların və bütövlükdə beynəlxalq ictimaiyyətin iştirakı xüsusi əhəmiyyət kəsb edir, çünki bu cür hərəkətlərin cəzasız qalması Gürcüstan vətəndaşlarının həyatını xüsusi təhlükə altında qoyur.
Xalq Müdafiəçisi dərin hüznlə kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə başsağlığı verir.