Yeniliklər

Xalq Müdafiəçisi Vaşinqtonda işgüzar görüşlər keçirib

Vaşinqtonda rəsmi səfərdə olan Gürcüstanın Xalq Müdafiəçisi İoseliani və xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Avrasiya regional direktoru Stiven B.Niks ilə və Milli Demokratiya İnstitutunun (NDI) Proqram Direktoru Holly Donaldson ilə işgüzar görüşlər keçiriblər.

Söhbətin əsas mövzusu Gürcüstan parlamentinə qarşıdan gələn seçkilər olub. Xalq Müdafiəçisi Aparatın seçkilərlə bağlı fəaliyyətindən danışıb və qeyd edib ki, o, öz mandatı çərçivəsində IRI və NDI-nin müşahidə missiyalarına köməklik göstərməyə hazırdır hansılar ki, Gürcüstanda illərdir davam edən seçkiqabağı kampaniyanı və seçki prosesini fəal şəkildə izləyirlər.

Xalq Müdafiəçisi seçkilər öncəsi nifrət nitqinin tez-tez işlədilməsi və bu istiqamətdə Gürcüstan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq formatında hazırlanan bəyanatdan da danışıb.

Konqres Araşdırmalar Mərkəzinin nümayəndəsi, Rusiya və Avropa məsələləri üzrə mütəxəssis, doktor Kori Uelt ilə tanışlıq görüşü keçirilib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)