Yeniliklər

Xalq Müdafiəçisi Vaşinqtonda gürcü diasporunun nümayəndələri ilə görüşüb

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Davit Zalkalyan Vaşinqtonda gürcü diasporu ilə görüş keçirib.

Levan İoseliani emiqrantlara Xalq Müdafiəçisinin mandatı barədə məlumat verib və ombudsman aparatının xaricdə yaşayan Gürcüstan vətəndaşlarının işlərinə baxa biləcəyi səlahiyyətləri təqdim edib.

İmmiqrantlar ikili vətəndaşlığın əldə edilməsi məsələsini əsas problemlərdən biri kimi müəyyənləşdirir və prosedurların sadələşdirilməsini vacib hesab edirlər.

Qeyri leqal şəxslərin hüquqi vəziyyəti də ağırdır. Diaspor nümayəndələri Gürcüstanda qeyri-qanuni yolla gələn insanları mövcud təhlükələr barədə məlumatlandıracaq sosial kampaniyaların aktivləşdirilməsinin zəruriliyindən danışırlar.

Səsvermə hüququ məsələsi də müzakirə olunub. Mühacirlər Amerika ərazisinə seçki məntəqələrinin əlavə edilməsini tələb ediblər.

Görüş Gürcüstanın Vaşinqtondakı səfirliyinin dəstəyi ilə baş tutub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)