Yeniliklər

Xalq Müdafiəçisi UNİCEF-in Gürcüstan nümayəndəliyinin rəhbəri ilə görüşüb

15 yanvar 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Gürcüstan ofisinin yeni təyin olunmuş rəhbəri Cesper Moller ilə görüşüb.

Xalq Müdafiəçisi qonağa ofisin mandatını təqdim edib, ölkədə uşaq hüquqlarının müdafiəsi, o cümlədən erkən nikahlar, işğal xəttinə yaxın yaşayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı problemlərlə tanış olub. Həmçinin, Xalq Müdafiəçisi Aparatının uşaqların ədalət mühakiməsinə çıxışı ilə bağlı hazırladığı araşdırmalardan da danışılıb.

Tanışlıq görüşündə tərəflər əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)