Yeniliklər

Xalq Müdafiəçisi ABŞ səfiri ilə görüşüb

9 dekabr 2021-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Robin Dunniqan ilə görüşüb.

İclasda Xalq Müdafiəçisi son dövrlər baş verən hadisələrdən və idarənin fəaliyyəti, o cümlədən aksiya iştirakçılarının müvəqqəti saxlanma təcridxanalarına və poliklinikalarına baş çəkmələri, araşdırma üçün materialların toplanması və xüsusi istintaq xidmətinə təqdim edilməsi barədə danışıb. O, hüquq-mühafizə orqanları əməkdaşlarının düzgün olmayan rəftar faktlarına münasibət bildirilməsinin vacibliyini vurğulayıb.

Səfir fövqəladə rejimdə işlədiyinə və Gürcüstanda insan hüquqlarının müdafiəsi prinsiplərinin yaradılması istiqamətində aparatın məşğul olduğu fəaliyyətə görə Xalq Müdafiəçisinə təşəkkür edib.

İclasda xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze də iştirak edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)