Ombudsmanların Beynəlxalq Konfransı - “Rəqəmsal əsrdə və sosial mediada insan hüquqlarının müdafiəsi”
26 sentyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Pafos şəhərində (Kipr Respublikası) keçirilən “Rəqəmsal əsrdə və sosial mediada insan hüquqlarının müdafiəsi” adlı beynəlxalq konfransda iştirak etmişdir.
Tədbirdə müxtəlif ölkələrin ombudsmanları, insan hüquqlarını müdafiə edən milli qurumların rəhbərləri, vasitəçilər, həmçinin Avropa Şurası və Avropa İttifaqının müxtəlif strukturlarının və elmi dairələrinin nümayəndələri iştirak ediblər.
Konfransda üç paneldə məsələlər müzakirə olunub. Birinci paneldə Avropa Şurası və Avropa İttifaqı daxilində süni intellektin tənzimlənməsi üzrə yeni beynəlxalq mexanizmlər haqqında danışılıb. İkinci paneldə müxtəlif ölkələrin ombudsmanları və vasitəçi institutların nümayəndələri öz təcrübələrini - fəaliyyətlərinin səmərəliliyini artırmaq üçün süni intellekt və rəqəmsal texnologiyalardan necə istifadə etdiklərini və bu istiqamətdə hansı çətinliklərlə üzləşdiklərini bölüşüblər. Tamar Qvaramadzenin sədrliyi ilə keçirilən konfransın sonuncu paneli süni intellekt və texnologiyanın söz və ifadə azadlığı, toplaşmaq hüququ, səsvermə hüququ kimi hüquqlara təsiri ilə bağlı olub.
Tamar Qvaramadze salamlama nitqində qeyd edib: “Konfransda müzakirə olunan məsələlər bir daha əyani sübutdur ki, süni intellekt həm şəxsi məlumatların qorunması, həm də bir çox digər fundamental hüquqların reallaşdırılması üçün real təhlükədir; Və bu, təkcə insan hüquqlarının məhdudlaşdırılmasına deyil, həm də demokratik sabitliyə və qanunun aliliyinə əngəl ola bilər”.
25 sentyabr 2024-cü il tarixində Tamar Qvaramadze Aralıq dənizi Ombudsmanları Assosiasiyasının (AOM) İdarə Heyətinin iclasında, həmçinin assosiasiyanın növbədənkənar iclasında iştirak etmişdir.
Konfrans Kipr Ombudsmanı və Aralıq dənizi Ombudsmanları Assosiasiyasının (AOM) birgə təşkilatçılığı və Avropa Şurasının dəstəyi ilə keçirilib.
Tədbirin videosuna baxın