Müstəqillik gününüz mübarək!
Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Keli Deqnanı, səfirliyin və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin işçilərini , eləcə də Amerika xalqını bu xüsusi gün münasibətilə ürəkdən təbrik edir.
Ümumdünya demokratiya və azadlıq dəyərləriniz bizim üçün bir örnək və ilham mənbəyidir. Aramızdakı mövcud güclü tərəfdaşlığı qiymətləndiririk və davamlı dəstəyiniz üçün sizə təşəkkür edirik.