Yeniliklər

Xalq Müdafiəçisinin birinci müavini İsveçrə hökuməti nümayəndə heyətinin rəhbəri ilə görüşüb

9 noyabr 2022-ci il tarixində Gürcüstan Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Gürcüstanda rəsmi səfərdə olan İsveçrə hökuməti nümayəndə heyətinin rəhbəri, Şərqi Avropa və Mərkəzi Asiya üzrə analitik xanım Silvia Hubşmidə və İsveçrənin Gürcüstandakı səfirliyinin missiya rəhbərinin müavini Urs Bir ilə görüşüb.

Görüşdə Tamar Qvaramadze Gürcüstanda universal səhiyyə proqramının icrası, tibbin maliyyələşdirilməsi, onkoloji xəstəliklər üzrə dövlət proqramı, məhdud imkanlı şəxslərə, xüsusən də uşaqlara tibbi xidmətin göstərilməsi məsələlərini müzakirə edib. O, həmçinin səhiyyə sektorunda diskriminasiya ilə bağlı çətinliklərdən danışıb.

İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyi, Federal Ədliyyə Departamenti və Polisdən ibarət nümayəndə heyətinin məqsədi Gürcüstanda səhiyyə və bərabər müalicə imkanları ilə bağlı vəziyyət haqqında məlumat əldə etməkdir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)