Yeniliklər

Hazırkı etirazlarla bağlı Xalq Müdafiəçisinin bəyanatı

Gürcüstanın Xalq Müdafiəçisi Tbilisidə və Gürcüstanın digər şəhərlərində davam edən etiraz aksiyalarını izləyir.

Gürcüstanın Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, hazırda (23:30) aksiyalar dinc xarakter daşıyır və sərbəst toplaşmaq azadlığına müdaxilə üçün heç bir hüquqi əsas yoxdur.

Tbilisinin Çiçinadze küçəsində etiraz aksiyası iştirakçılarının və polis qüvvələrinin xüsusi cəmləşməsi xüsusilə diqqəti cəlb edir. Hüquq-mühafizə orqanlarının nəzərə alması vacibdir ki, konkret yer/qurum etiraz obyekti olduqda və ya konkret yerdə fikir bildirilməsi rəyin və ya etirazın ünvanına çatmağın ən təsirli üsuludur, müvafiq səlahiyyətli orqanlar müvafiq dərəcədə tolerantlıq nümayiş etdirməlidirlər. Konkret məhdudiyyətin qoyulması üçün əsas olmadıqda qeyd olunan standarta bütün hallarda riayət edilməlidir.

Xalq Müdafiəçisi Daxili İşlər Nazirliyini ölkə ərazisində davam edən aksiyalar zamanı sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə mane olmamağa və jurnalistlər üçün təhlükəsiz iş mühiti təmin etməyə çağırır. Xalq Müdafiəçisi həmçinin mitinq iştirakçılarını aksiyanı dinc şəkildə davam etdirməyə çağırır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)