Xalq müdafiəçisi “Kartli” sanatoriumunda yaşayan məcburi köçkünlərlə görüşüb
17 yanvar 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi “Kartli”də məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların problemlərini yerindəcə dinləyib.
Xalq Müdafiəçisi Aparatı uzun müddətdir ki, məcburi köçkünlərin problemlərini öyrənir və hüquqi vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tövsiyələr verir. Ombudsmanın tövsiyəsi ondan ibarətdir ki, ilk növbədə “dağılan” statuslu obyektlərdə yaşayan ailələr təmin edilsin. Məlum olduğu kimi, “Kartlı” sanatoriyası dağılma üzərə olan obyektdir və ölkədə məcburi köçkünlərin məskunlaşdığı daha 90-a yaxın rəsmi dağılmaq üzərə olan obyekt var.
“Kartlı” sanatoriyasında məskunlaşan məcburi köçkünlər Xalq Müdafiəçisinə bildiriblər ki, onlar təklifdən yararlanıb münasib mənzil tapmağa çalışsalar da, müəyyən olunmuş limit daxilində uyğun mənzil tapa bilməyiblər. Məcburi köçkünlər xalq müdafiəçisi ilə söhbət edərkən bir daha alternativ kimi istifadə ediləcəyi təqdirdə kirayə haqqının ləğv olunacağından qorxduqlarını bildiriblər. Binada məişət şəraitinin günü-gündən ağırlaşması məcburi köçkün ailələrinin agentlik tərəfindən aldığı mənzillərin tikintisini gözləməyə imkan vermir.
Yuxarıda göstərilən halları nəzərə alaraq, Xalq Müdafiəçisi hesab edir ki, obyekt yaşamaq üçün təhlükəli olduğundan, onların arasında binada yaşayan yetkinlik yaşına çatmayanların da olduğu, məcburi köçkün ailələri ilə dövlətin nəticəyönümlü danışıqlar aparmasının vacibliyi, mənzil tapma prosesində yaranan maneələr və kirayə müavinətlərinin verilməsi halında xitam verilməsi ilə bağlı ifadə olunan narahatlıqları dinləmək, Məcburi köçkün ailələrinin mümkün qədər tez bir zamanda təhlükəsiz yerə köçürülməsinə şərait yaratmaq üçün mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.
Bundan əlavə, Xalq Müdafiəçisi Nazirlik ilə məcburi köçkünlər arasında vasitəçi kimi fəaliyyət göstərməyə hazırdır və bununla bağlı rəsmi olaraq aidiyyəti qurumlara müraciət edəcək.