Gürcüstanın Xalq Müdafiəçisinin seçicilərin şəxsiyyət vəsiqələrinin onların iradəsinə zidd olaraq müsadirə edilməsi ilə bağlı bəyanatı
Son günlər KİV-lərdə, sosial şəbəkələrdə, eləcə də müxtəlif monitorinq təşkilatlarında yayılan məlumatlara görə, məlum olub ki, naməlum şəxslər Gürcüstan vətəndaşlarının şəxsiyyət vəsiqələrini hədə-qorxu ilə, qorxutmaqla, zorakılıq və/və ya digər qanunsuz yollarla əlindən alırlar.
Gürcüstanın Xalq Müdafiəçisi ictimaiyyətin nəzərinə çatdırır ki, seçkilərdə iradənin həyata keçirilməsinə, o cümlədən aldatma, zorakılıq və ya rəsmi statusdan istifadə etməklə maneçilik törətmək cinayətdir.
Xalq Müdafiəçisi hüquq-mühafizə orqanlarını ictimaiyyətə yayılan məlumatlara uyğun olaraq mümkün cinayət faktları əsasında araşdırma aparmağa çağırır.
Həmçinin, Gürcüstanın Xalq Müdafiəçisi öz mandatı çərçivəsində gürcü şəxsiyyət vəsiqəsindən məhrum edilmiş istənilən vətəndaşa bu yolla kömək etməyə hazır olduğunu bildirir. Belə hallarda zəhmət olmasa 1481 qaynar xətti ilə əlaqə saxlayın.