Yeniliklər

1 oktyabr Beynəlxalq Yaşlılar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Yaşlılar Günüdür ki, bu da bizə yaşlıların bütün insan hüquqlarını qorumaq və təmin etmək öhdəliyini xatırladır.

Hər il Birləşmiş Millətlər Təşkilatı bu günə fərqli bir mövzu ilə müraciət edir. Bu il Beynəlxalq Yaşlılar Günü 33-cü dəfədir ki, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaşlı insanlar üçün verdiyi vədləri yerinə yetirmək: nəsillər boyu” mövzusu ilə qeyd olunur.

10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası insan hüquqları tarixində ilk dəfə olaraq bütün insanların, o cümlədən bütün yaşlıların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarını əks etdirən Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi, hansından ki, o cümlədən yaşlılar da faydalanmalıdırlar. Buna baxmayaraq, yaşlı insanların iqtisadiyyat və gənc nəsillər üçün bir yük kimi qəbul edildiyi üçün cəmiyyətdə daha az məhsuldar və daha həssas və daha az dəyərli olduqlarına dair mənfi təsəvvürlər səbəbindən əsas hüquqlardan istifadə yaş artdıqca azalır. Təəssüf doğurur, amma bu bir reallıqdır ki, yaşa görə ayrı-seçkilik qocaların kənarda qalmasına gətirib çıxarır.

Xalq Müdafiəçisinin funksiyalarından biri də yaşlıların hüquqlarının müdafiəsi və həyata keçirilməsinə yardım etməkdir. Parlamentin illik hesabatında yaşlıların hüquqi statusunun nəzərdən keçirilməsinə ayrıca fəsil ayrılıb, burada yaşlıların hüquqlarının müdafiəsi istiqamətində mövcud problemlər, o cümlədən uzunmüddətli qayğı müəssisələrinin monitorinqi yaşlılar və aparat tərəfindən tədqiq edilən müxtəlif işlərin nəticələri öz əksini tapıb.

Hökumətin yaşlıların hüquqlarının müdafiəsi və mövcud problemlərin və hüquq pozuntularının aradan qaldırılması üçün daha çox səy göstərməsi, məsələnin aktuallaşdırılması və yaşlıların hüquqlarının müdafiəsi istiqamətində addım-addım konkret addımların atılması vacibdir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)