Xalq Müdafiəçisi 5 saylı Cəzaçəkmə Müəssisəsindəki Qadın Məhkumlara Baş çəkdi
12 sentyabr 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi 5 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkib və qadın müttəhimlər/məhkumlarla görüşüb.
Xalq Müdafiəçisi qadın məhbusların yerləşmə şəraiti və hüquqlarının müdafiəsi vəziyyəti barədə məlumatlarını dinləyib. Xalq Müdafiəçisi müəssisənin rəhbərliyi ilə də görüşüb və həbsxananın infrastrukturuna baxış keçirib.
Xalq Müdafiəçisi Mzia Amaqlobeli və Nino Dataşviliyə də baş çəkib. Nino Dataşviliyə məlumat verilib ki, 2025-ci il sentyabrın 10-da Xalq Müdafiəçisi onun xüsusi sağlamlıq problemi ilə bağlı Gürcüstanın Ədliyyə Nazirinə tövsiyə ünvanlayıb və Ofis gələcəkdə onun hüquqlarının müdafiəsinə fəal nəzarəti davam etdirəcək.