Xalq Müdafiəçisi Aparatının və GYLA-nın köməyi ilə məhbuslar intizam tənbehi ilə bağlı mübahisələrdə qalib gəldilər
2021-ci ilin mart ayında Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ilə əməkdaşlıq və USAID/ PROLoG-un dəstəyi ilə məhbuslara hüquqi yardım göstərmək məqsədi daşıyan pilot layihəyə start verdi. Layihə çərçivəsində Xalq Müdafiəçiliyi və RPŞ tərəfindən məhkumlara qarşı müxtəlif intizam məsuliyyətindən qanunsuz istifadə təcrübəsinin bərqərar olduğu hallar müəyyən edilib.
Əvvəlcədən hazırlanmış meyarlara uyğun olaraq ümumilikdə 10 məhkum seçilib, onlara qarşı müxtəlif intizam məsuliyyəti tədbirləri tətbiq edilib. Məhkəmədə təmsilçiliyi GYLA edib.
Bu vaxta kimi Rustavi və Tbilisi şəhər məhkəmələrində artıq 5 işə baxılıb. Hər beş iş üzrə məhkəmələr iddiaları təmin edib və nəticədə konkret cəzaçəkmə müəssisələri tərəfindən məhbuslara qarşı intizam tənbehi tətbiq edilməsini qanunsuz hesab ediblər. Digər beş iş isə hələ də davam edir.
Məhkəmə cəzaçəkmə müəssisələri tərəfindən iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmadan saxlanılan şəxslərə qarşı intizam tənbehi tədbirləri görüldüyünü və müəssisə tərəfindən məhbusların intizam tənbehi tətbiq edilməsinə səbəb olan pozuntulara dair sübutları məhkəməyə təqdim etmədiyi qənaətinə gəlib.
Qeyd edək ki, formalaşmış təcrübəyə əsasən, intizam məsuliyyətinin tətbiqi proseduru bir qayda olaraq məhbusun bilavasitə iştirakı olmadan, şifahi dinləmə və neytral sübutlar əldə edilmədən həyata keçirilir. Müəssisə rəhbərliyinin məhbusu intizam tənbehinə cəlb etmək qərarı əksər hallarda əsassızdır. Çox vaxt məhbusların nəinki prosesə cəlb olunmaq, rəy bildirmək imkanı olmur, hətta qanunvericiliyə uyğun olaraq da aktları onlara təhvil verilmir.
Məsələn, iddiaçı məhbuslardan biri ona qarşı intizam tənbehi tətbiq olunduğunu, telefon danışığına qadağa qoyulmasından bir gün zəng etmək qərarına gəldiyində xəbərdar oldu və müəssisə rəhbərliyi ona icazə vermədi.
Xalq Müdafiəçisi Aparatı illərdir ki, cəzaçəkmə müəssisələrində məhkumların intizam tənbehinə cəlb edilməsinin qüsurlu və çox vaxt qanunsuz/əsassız təcrübəsindən danışır. 2019-cu ildə Xalq Müdafiəçisinin აxüsusi hesabatı bu məsələyə həsr olunub.
Xalq Müdafiəçisi Aparatı ilə əməkdaşlıq çərçivəsində müəyyən edilmiş bu on GYLA işi bir daha təsdiq etdi ki, cəzaçəkmə müəssisələrində müvafiq sübutların olmamasına baxmayaraq, məhkumlara qarşı intizam tənbehi tətbiq edilməsi barədə qərar qəbul edilir. Onu da qeyd edək ki, təəssüflər olsun ki, son illər bu tip işlərdə bir sıra maneələr, o cümlədən rüsum ödənilməsi öhdəliyi səbəbindən həbsxana məhkəmələrinə göndərişlər çox az olub.
GYLA hələ başa çatmamış işlərdə məhbusların qanuni mənafelərini məhkəmədə müdafiə etməkdə davam edir və ümid edir ki, bu işlərdə də məhkəmələr məhbusların şikayətlərinə baxacaqlar.
Eyni zamanda, Xalq Müdafiəçisi Aparatı və GYLA ümid edir ki, bu pilot layihə və əldə edilmiş müsbət nəticələr, məhkəmə tərəfindən müəyyən edilmiş standartlar penitensiar müəssisələrdə məhkumlara qarşı mövcud intizam tənbehi praktikasına müsbət təsir göstərəcək.