Yeniliklər

Ümumdünya Autizm Günü münasibəti ilə Xalq Müdafiəçisinin Bəyanatı

Hər il 2 aprel tarixində dünyada autizm haqqında məlumatlılığın artırılması gününü qeyd edilir. Cari il bu günün qeyd edilməsi çərçivəsində, Birləşmiş Millətlər təşkilatı tərəfindən pandemiya şərtlərində, dünyadakı aydın şəkildə üəyyən edilmiş bərabərsizliyə diqqət yetirilir, hansı ki, autizmi olan şəxslərə də mənfi təsir göstərdi.1

BMT Baş Katibinin 2021-ci il müraciətində deyilibdir ki, post-Covid dövrünün əsas məqsədi daha çox inklüziv və əlçatan bir dünya qurmaq olmalıdır, hansında ki, bütün insanların töhfələri tanınacaq. 2030-cu ilin Davamlı İnkişaf Gündəmini həqiqətən yerinə yetirmək üçün məhdud imkanları olan insanların, o cümlədən autizmi olan insanların hüquqlarını həyata keçirmək, onların sosial, mədəni və iqtisadi həyatda tam iştirakını təmin etmək vacibdir.

Korona virusunun yaratdığı vəziyyətin fonunda Gürcüstanda yaşayan autizmi olan insanlar bir sıra problemlərlə qarşılaşdılar. Hüquqlarından layiqincə istifadə etmək onlar üçün daha da çətinləşdi.

Dövlət tərəfindən yenə də bu şəxslərin fərdi ehtiyaclarına uyğun proqramlarla təmin etmə həyata keçirilmir. Səhiyyə müəssisələrinə və xidmətlərinə, uyğunlaşdırılmamış tibbi xidmətlərə əlçatımlılıq problemlidir. Tibb işçiləri ilə ünsiyyət qurmağın çətinliyi çağırışdır. Autizmi olan insanlar və ailələri üçün heç bir sosial və ya psixoloji dəstək fəaliyyəti göstərilmir.

Autizmi olan insanların inklüziv təhsil prosesinə daxil edilməsi boşluqlarla davam edir. Ölkədəki mövcud sosial müdafiə sistemi mövcud çağırışlara cavab vermir. Camaatdakı damğa və düzgün olmayan davranış problem olaraq qalır.

Xalq Müdafiəçisi dövləti autizmi olan insanların hüquqlarını qorumaq üçün daha çox səy göstərməyə çağırır. Səhiyyə, təhsil, sosial müdafiə sahəsindəki problemləri vaxtında həll etsin. Autizmi olan bütün insanlar üçün əlçatan müasir servislər və xidmətlər yaratsın. Müstəqil yaşamaları üçün zəruri olan bacarıqların mənimsənilməsinə / inkişafına qayğı göstərsin. Müsbət tədbirlər keçirərək autizmi olan insanların ailələrinə dəstək verməyi təmin etsin.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)