Miqrant icma fasilitatorları üçün təlim
27 iyul 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Bərabərlik Departamentinin nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) dəstəyi ilə Gürcüstanda yaşayan miqrant icmasının fasilitatorları üçün bərabərlik hüququ və ayrı-seçkilikdən müdafiə məsələlərinə dair təlim keçirmişlər.
Təlim çərçivəsində Bərabərlik Departamentinin nümayəndələri iştirakçılara bərabərlik və ayrı-seçkilikdən qorunma baxımından ölkədə mövcud olan standartlarla tanış olub, digər məsələlərlə yanaşı, ayrı-seçkiliyin tərkib elementləri, ayrı-seçkilik və hüququn müdafiəsi mexanizmləri, hüquqpozmaların növləri haqqında məlumat veriblər. Bir təlim sessiyası ayrı-seçkiliyin təşviqi və ayrı-seçkiliyi təşviq edən ifadələrin müzakirəsinə həsr edilmişdir. Təlim zamanı iştirakçılar praktiki məşğələlərin icrası vasitəsilə mümkün ayrı-seçkilik hallarını tanımaq imkanı əldə ediblər ki, bu da ayrı-seçkilik faktlarının aşkarlanmasına və gələcəkdə onunla mübarizəyə kömək edəcək.
Xalq Müdafiəçisinin Bərabərlik Şöbəsi ayrı-seçkilikdən müdafiə məsələləri ilə bağlı özəl və ictimai sfera nümayəndələrinin maarifləndirilməsi istiqamətində fəal işi davam etdirir.