Yeniliklər

Xalq Müdafiəçisi fərqli fikir əsasında əmək münasibətlərində ayrı-seçkilik müəyyən edib

30 yanvar 2024-cü il tarixində Xalq Müdafiəçisi “Şirnhofer” MMC-yə fərqli fikir əsasında ayrı-seçkiliyin müəyyən edilməsi barədə tövsiyəsi ilə müraciət edib.

İş materiallarına görə, şirkət rəhbərlərinin göstərişi ilə filiallarda saxlama müddəti ötmüş məhsullar satılıb. Ərizəçinin izahatına görə, o, bundan narazılığını bildirən zaman rəhbərlik ona bildirib ki, əgər mövcud şəraitdə işləməyi xoşlamırsa, işini tərk etməlidir. Bundan əlavə, işəgötürən xəbərdarlıq etmədən ərizəçinin iş yerini dəyişib, iş üçün lazım olan avadanlıqları müsadirə edib və korporativ telefon nömrəsini ayırıb. Nəhayətində isə, ərizəçi işdən çıxarıldı.

Ayrı-seçkilik rəftarını təkzib etmək üçün işəgötürən Xalq Müdafiəçisinə müvafiq sübut təqdim etməyib.

Xalq Müdafiəçisi “Şirnhofer” MMC-yə ərizəçi ilə əmək münasibətlərinin bərpası imkanlarının nəzərdən keçirilməsi və iş yerində ayrı-seçkiliyə qarşı mübarizə və onun qarşısının alınması üçün siyasət sənədlərinin və ayrı-seçkiliyə qarşı effektiv mexanizmin yaradılmasını tövsiyə edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)