Yeniliklər

“Gürcüstanda bərabərliyin vəziyyəti haqqında” illik xüsusi hesabat N8

11 aprel 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi bərabərliyin vəziyyəti haqqında 8-ci illik hesabatını təqdim etdi. Hesabat 2022-ci ilə qədər bərabərlik hüququnun həyata keçirilməsi yolunda müxtəlif sahələrdə qadınların, məhdud imkanlı şəxslərin, dini və etnik azlıqların nümayəndələrinin, LGBT+ icmasının üzvlərinin və digər həssas qrupların üzləşdiyi maneələri araşdırır. Hesabatın sonunda müvafiq respondentlərə tövsiyələr verilir.

Hesabat dövründə xalq müdafiəçisi ayrı-seçkilik halları ilə bağlı 153 faktı araşdırıb. Onların əksəriyyəti - 20%-i fərqli rəyə əsaslanan ayrı-seçkilik iddiası ilə bağlı olub. Ərizəçilərin 13-13%-i cins/genderməhdud imkanlılığa görə ayrı-seçkilik faktlarını qeyd edib. Cinsi oriyentasiyagender identikliyinə görə - 11%, ərizəçilərin 10% isə etnik mənşəyə görə ayrı-seçkiliyi mübahisələndirib. Bəyanatların 7 faizində qorunan milliyyət/vətəndaşlıq əlaməti, 4 faizində isə siyasi fikir ortaya çıxıb. Din və peşə ittifaqı üzvlüyünə görə ayrı-seçkilik iddiası halların 2-2%-də aşkar edilib. Digər əlamətlərə görə ayrı-seçkilik rəftarına dair mübahisələr iddiaların 18%-ni təşkil edib.

Xalq müdafiəçisi 2022-ci il ərzində bərabərlik məsələləri ilə bağlı 10 tövsiyə və 3 ümumi təklif verib, 2 məhkəmə dostu rəy hazırlayıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)