Yeniliklər

Gürcüstanın “Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” qanununun qəbulundan 9 il ötür

2023-cü il mayın 2-də Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya gündəliyinə uyğun olaraq “Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” qanunu qəbul etməsindən və ayrı-seçkiliklə mübarizə üçün milli mexanizm yaratmasından 9 il ötür. Ayrı-seçkiliyə qarşı mexanizmin tətbiqi nəticəsində ayrı-seçkiliyə məruz qalmış şəxslər öz hüquqlarının müdafiəsi üçün Xalq Müdafiəçisinə və məhkəməyə müraciət etmək imkanı əldə ediblər.

Fərdi müsbət dəyişikliklərə baxmayaraq, bərabərliyin əldə edilməsi prosesində hələ də bir sıra problemlər mövcuddur ki, bunlar əsasən bərabərlik prinsiplərinin praktikada səmərəli həyata keçirilməsi problemi və cəmiyyətdə hələ də möhkəm mövcud olan stereotiplərlə bağlıdır.

Xalq Müdafiəçisi qeyd edir ki, mövcud çağırışlarla səmərəli mübarizə aparmaq üçün dövlət tərəfindən ayrı-seçkiliyə qarşı vahid siyasət və bərabərliyin qorunması üzrə tədbirlər işlənib hazırlanması, ictimai şəxslər tərəfindən bərabərliyi dəstəkləyən bəyanatların yayılması və cəmiyyətin bütün üzvləri tərəfindən bərabərlik hüququnun mahiyyətini düzgün başa düşmək və hörmət etmək vacibdir .

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)