Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 2023
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd edilməsi uşaq hüquqlarının qorunmasının vacibliyini vurğulamağa və geniş ictimaiyyətin maarifləndirilməsinə xidmət edir.
Ölkədə əldə edilmiş əhəmiyyətli müsbət dəyişikliklərə, o cümlədən uşaqlar üçün iri miqyaslı internat müəssisələrinin qeyri-institusionalizasiyasına baxmayaraq, bütün uşaqların hüquqlarının sarsılmaz müdafiəsi və həyata keçirilməsi baxımından hələ də çoxlu problemlər mövcuddur.
Bu gün ən mühüm vəzifələrdən biri uşaqlara qarşı zorakılığın qarşısının alınması, mümkün zorakılıq faktlarının müəyyən edilməsi və ona müvafiq reaksiya verilməsidir. Bu istiqamətdə zorakılığın formaları, eləcə də müdafiə və reabilitasiya mexanizmləri barədə cəmiyyətin, xüsusilə də uşaqların özlərini məlumatlandırmaq lazımdır.
Xüsusilə vurğulanmalıdır ki, ölkədə fəaliyyət göstərən proqramlar yoxsulluq şəraitində yaşayan uşaqları olan ailələrin ehtiyaclarını ödəmək, onlara uzunmüddətli dəstək vermək və onların sosial fəaliyyətini artırmaq, sonradan müstəqil həyata nail olmaq üçün yetərli deyil. Yardımçı peşələr və uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin çatışmazlığı da problem olaraq qalır.
Uşaqların təhlükəsizliyini və ehtiyaclarını təmin etmək üçün uşaq mərkəzli və sistemli yanaşmanın inkişaf etdirilməsi, koordinasiyanın gücləndirilməsi və mümkün əlavə xidmətlərin, o cümlədən, xüsusən də dövlət himayəsində yaşayan uşaqlar, qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanlar üçün, psixi sağlamlıq ehtiyacı olan uşaqlar üçün tətbiq edilməsi vacibdir.
Arzu edirəm ki, hər bir uşağa onun mənafeyinin qorunduğu, inkişafına maksimum dəstək verildiyi, qərarların qəbulu prosesinə tam cəlb olunduğu, onun fikrini dinləyib nəzərə alındığı belə bir mühit və şəraitdə yaşasın.
Digər tərəfdən, qeyd olunan məqsədə nail olmaq üçün Xalq Müdafiəçisi Aparatı fərdi və sistem xarakterli problemlərin öyrənilməsini və parlament və ya xüsusi hesabatlarda əksini tapmasını, tövsiyələrin hazırlanmasını, qabaqcıl təcrübələrin müəyyən edilməsini və təbliğini davam etdirəcək.