Yeniliklər

Xalq Müdafiəçisinin nümayəndələri münaqişə qurbanlarının hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə görüşdülər

28 May 2021-ci il tarixində Gürcüstan Xalq Müdafiəçisinin birinci müavini Tamar Gvaramadze və Xalq Müdafiəçisi Aparatının Ofisinin nümayəndələri Sofio Rusetski və Meri Koçlamazaşvili, münaqişədən zərər çəkmiş şəxslərin hüquqları ilə işləyən qeyri-hökumət təşkilatları ilə məlumatlandırma görüşü keçirtdi. İclasın məqsədi Gürcüstanın işğal olunmuş ərazilərində yaşayan qadınların hüquqi vəziyyəti və sağlamlıq problemləri barədə məlumatları bölüşmək və qiymətləndirmək idi.

İştirakçılar işğal altındakı ərazilərdə yaşayan insanların Kovid Pandemiyası dövründə xüsusilə ağırlaşdığı səhiyyə xidmətlərindən istifadə imkanları barədə danışdılar. İşğal olunmuş bölgələrdə yaşayan insanların peyvəndlənməsi ilə bağlı problemlər və yerlərdə ixtisaslı əsas tibbi xidmətlər almaq məsələləri vurğulanıb. Ayrıca, tibb işçilərinin çatışmazlığı və doğum evlərində də daxil olmaqla qeyri-kafi, köhnəlmiş tibbi avadanlıqlar problem olaraq qalır.

Ombudsman, Kovid Pandemikasının qadın hüquqları üzərində təsirlərindən danışıb. Son bir il ərzində əsas ehtiyaclara (dərmanlara, uşaq qidalarına) çıxış probleminin olduğunu, bunun nəticəsində zorakılıq qurbanlarının Gürcüstanın nəzarətindəki bölgələrdə xidmət almasını çətinləşdirdiyini, qadınların iqtisadi vəziyyətinin və təhsilə tam çıxışının pisləşdiyini qeyd etdi.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)