Yeni xəbərlər

Gürcüstanda ədliyyə sahəsində problemlərə dair işçi görüş

21-22 mart 2024-cü il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani hüquqşünaslar assosiasiyası və vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə Gürcüstanda ədliyyə sahəsinin inkişafı islahatların gedişi, əsas problemlər və onların həlli yolları məsələlərini müzakirə edən işçi görüşdə iştirak edib.

Tədbirdə Levan İoseliani müstəqil və şəffaf ədalətə nail olmaq üçün Avropa Komissiyasının tövsiyələrinin icra vəziyyəti, o cümlədən dürüstlüyün yoxlanılması mexanizmi, yoxlama məsələləri ilə bağlı qeyri-hökumət sektorunun rəyləri ilə tanış olub.

Xalq Müdafiəçisi aparatın ədliyyə sahəsində fəaliyyətinə nəzər salıb, aparatın müəyyən etdiyi problemlər və onların aradan qaldırılması üçün hazırlanmış tövsiyələr, məhkəmə dostunun fikirləri barədə danışıb. O, ədalətli məhkəmənin yaradılmasının və cəmiyyətin etimadının qazanılmasının vacibliyini vurğulayıb və qeyd edib ki, bu məsələlərin uğurla həlli üçün prosesdə hökumət və vətəndaş cəmiyyətinin birgə və fəal iştirakı zəruridir.

İclasda Gürcüstan Vəkillər Kollegiyasının sədri Davit Asatiani, USAID-in Qanunun aliliyi proqramının rəhbəri Giorgi Çxeidze və Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidze salamlama nitqi söyləyiblər.

İclas iştirakçıları ədliyyə islahatının həyata keçirilməsində iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək məqsədilə gələcək əməkdaşlıq məsələləri barədə razılığa gəliblər.

Görüş USAID-in Qanunun aliliyi proqramı tərəfindən təşkil olunub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)