Yeni xəbərlər

Gürcüstanda gender bərabərliyinin gücləndirilməsi üzrə Avropa Şurasının layihəsinin açılış tədbiri

19 mart 2024-cü il tarixində Gürcüstanın xalq Müdafiəçisinin müavini İrine Çixladze Avropa Şurasının tədbirində iştirak edib, burada yekunlaşan layihə - “Gürcüstanda qadınlara qarşı zorakılığın qarşısının alınması və gender bərabərliyinin gücləndirilməsi üçün inteqrasiya olunmuş yanaşmanın təşviqi” çərçivəsində əldə edilən nəticələr ümumiləşdirilib. İclasda həmçinin Avropa Şurasının yeni layihəsi - “Gender bərabərliyinin gücləndirilməsi və Gürcüstanda qadınlara qarşı zorakılıq və ailə daxili zorakılığına qarşı GREVIO tövsiyələrinin həyata keçirilməsi” təqdim olunub.

Layihə insan hüquqlarına və dəlillərə əsaslanan yanaşmaya əsaslanır və hüquqi, siyasi və institusional çərçivələrdə dəyişiklikləri dəstəkləmək, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, eləcə də bu sahədə ekspertlərin potensialının inkişaf etdirilməsi və təhsil sahəsində bərabərlik və qadınlara qarşı zorakılığın qarşısının alınması genderlə bağlı məlumatlılığın artırılması məqsədi daşıyır.

Təqdimatda çıxış edən Xalq Müdafiəçinin müavini Avropa Şurasının dəstəyi ilə Xalq Müdafiəçisi Aparatının apardığı araşdırmalardan danışıb. Tədqiqatlar cinsi zorakılıq cinayətlərinə görə ədalət mühakiməsinin effektivliyi və beynəlxalq standartlara uyğunluğu ilə bağlı olub. O, həmçinin ötən il Avropa Şurasının dəstəyi ilə hazırlanmış qadınlara qarşı zorakılıq və ailə daxili zorakılığının qarşısının alınması üzrə tədbirlərin qiymətləndirilməsi metodologiyasından danışıb. "Sözügedən metodologiya bizə ölkədə qadın və ailə daxili zorakılığının qarşısının alınması mexanizminin təsirini qiymətləndirmək imkanı verəcək ki, bu da dövlətə problemlə effektiv mübarizə aparmaq üçün gələcək addımları müəyyən etməyə kömək edəcək", - İrine Çixladze bildirib. və Xalq Müdafiəçisi Aparatı ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı davam etdirəcəklərinə ümidvar olduğunu bildirib.

Avropa Şurasının Gürcüstan ofisinin rəhbərinin müavini Svetislav Paunoviç, Avropa Şurasının İnsan Ləyaqəti və Gender Bərabərliyi Departamentinin Gender Bərabərliyi Bölməsinin rəhbəri Marta Bekera və Gürcüstan hökumət administrasiyasının nümayəndəsi Eliso Şoniya da tədbirdə çıxış etdi.

Layihənin baş məsul işçisi Mariam Cajanidze layihənin təsiri, nəticələri və təcrübəsi haqqında danışdı, layihə rəhbəri Seqolen Çesnau məqsədləri və gözlənilən nəticələri təqdim etdi.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)