Xalq Müdafiəçisinin müavini
Xalq Müdafiəçinin müavini
Ekaterine Sxiladze
Gürcüstanın Xalq Müdafiəçisinin müavini, Xalq Müdafiəçisi Aparatının aşağıdakı struktur bölmələrinə rəhbərlik edir, əlaqələndirir və nəzarət edir: Uşaq Hüquqları Departamenti, Məhdud İmkanlı Şəxslərin Hüquqları Departamenti, Gender Bərabərliyi Departamenti, Bərabərlik Departamenti, Şərqi Gürcüstan idarəsi (ərazi orqanı), Qərbi Gürcüstan idarəsi (ərazi orqanı).
Bioqrafik məlumatlar
22 avqust 1988-ci ildə Borjomi şəhərində anadan olub.
Təhsil
2008 – 2012-ci illər – İvane Cavaxişvili Tbilisi Dövlət Universiteti, Hüquq fakültəsi
2008-ci il – Sosial işçilər üçün universitet kursu - "Əsas gender problemləri və ailədaxili zorakılığına qarşı mübarizə "
1995 – 2005-ci illər – Borjomi 1 nömrəli ictimai məktəb
İş təcrübəsi
2016-cı ilin iyulundan bu günə qədər – Gürcüstanın Xalq Müdafiəçisinin müavini;
2013-cü ilin noyabrından – 2016-cı ilin iyul ayına qədər Gürcüstanın Xalq Müdafiəçisi Aparatının gender bərabərliyi şöbəsinin müdiri;
2013-cü ilin sentyabr-noyabr ayları – Gürcüstanın Xalq Müdafiəçisi Aparatında Qadın Hüquqları üzrə milli məsləhətçi, Britaniya xeyriyyə təşkilatı OXFAM;
2013-cü ilin aprel-sentyabr ayları – Gender Bərabərliyi Şəbəkəsində Koordinator köməkçisi;
2012 – 2013 illər – Polşada təcrübə, qeyri-hökumət təşkilatı “Aktiv Qadınlar Cəmiyyəti”. Təcrübə çərçivəsində məktəblərdə və universitetlərdə insan hüquqları və gender bərabərliyi mövzusunda təlimlər keçirmək;
2007 – 2012 illər – Qeyri-hökumət təşkilatı Qadın Məlumat Mərkəzinin proqram meneceri. Fəaliyyətlər arasında görüşlər, təlimlər və gender bərabərliyi mövzusunda müxtəlif layihələrin əlaqələndirilməsi də var.
Digər peşə təcrübəsi
2014-cü ildən bugünə qədər - İnsan alverinə (trefikinqə) qarşı tədbirlərin həyata keçirilməsi üzrə İdarələrarası Əlaqələndirmə Şurasının üzvü;
2014-cü ildən bugünə qədər - Milli Prevensiya Mexanizminin Məşvərət Şurasının üzvü;
2014-cü ildən bugünə qədər – “Qadınlar üçün Sülh və Təhlükəsizlik” üzrə Milli Koordinasiya Qrupunun üzvü;
2015-ci ildən bugünə qədər – Məhdud İmkanlı Şəxlərin hüquqları haqqında Konvensiyanın təşviqi, qorunması və həyata keçirilməsinə nəzarət üzrə Məşvərət Şurasının üzvü;
2015-ci ildən bugünə qədər – Ailədaxili zorakılığının qarşısının alınması üzrə İdarələrarası Şuranın üzvü;
2015-ci ildən bugünə qədər - Ailədaxili zorakılığının qurbanı statusunu verən qrupun üzvü (məsləhətvermə hüququ ilə);
2015-ci ildən bugünə qədər - üzrə Gürcüstan Xalq Müdafiəçisinin İnsan Hüquqları Akademiyasının gender bərabərliyi mövzusu üzrə treneri;
23-27 iyun 2014-cü il il – NHRI Akademiyası, Budapeşt Mərkəzi Avropa Universiteti;
26-31 iyul 2013-cü il - BRİDGE təlimi: Gender və Seçkilər, İFES / USAİD;
2-4 oktyabr 2009-cu il - təlimçilər üçün "ailədaxili zorakılıq qurbanlarının hüquqi nümayəndəlik, sığınacaqların vəkillə təmin edilməsi və Gürcüstanda idarəetmə"; Amerika Vəkillər Kollegiyası və USAİD
Nəşrlər
Münaqişə nəticəsində zərər çəkmiş əhalinin ölkədə baş verən proseslərlə bağlı baxışı: etimadın bərpa edilməsi və müsbət barışıq perspektivləri; Tədqiqatın müəllifi (2013);
Yerli özünüidarəetmə seçkilərində iştirak edən qadın namizədlər; Redaksiya heyətinin üzvü (2010);
"Gürcüstanda qadın hüquqları və gender məsələləri" məlumat kitabının redaktoru (2008);
Gürcüstanda gender və informasiya-kommunikasiya texnologiyaları; Redaksiya heyətinin üzvü (2007).